VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev adına Fondun vitse-prezidenti Leyla Əliyeva öz anası, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.
 
BAKU.WS-in məlumatına görə, Leyla Əliyevanın Instagram-dan paylaşdığı təbrikdə deyilir:

"Mənə səmimi hislərimi sözlərlə ifadə etmək çox çətindir: böyük sevgi, hörmət və heyranlıq... Həmişə onunla fəxr edirəm ki, onun qızıyam. Bütün dünya onu gözəl və zərif qadın kimi tanıyır. O, bu dünyanı gözəl edir. O, qətiyyətli, qorxmazdır, yorulmur... Adətən bu cərgə "cəsarətli" sözü ilə tamamlanır. Lakin o, qadınlığın həqiqi təcəssümüdür. Özümü dərk etdiyim andan anam həmişə, hətta ən çətin vəziyyətdə belə öz mövcudluğu ilə dinclik və nizam hissini aşılayıb. Mən hesab edirəm ki, Allah bu dünyaya onu öz missiyasını həyata keçirməyə - dünyada xeyirxahlığı qorumağa göndərib. 

Bizim hər birimiz öz anamızı sevirik. Bu olduqca xüsusi, heç nə ilə müqayisə olunmayan bir hissdir. Bu sevgi yaşından asılı olmayan övlad üçün sonsuz güc mənbəyidir. Lakin bəzən ana sevgisi ailə sərhədlərini aşaraq öz gücü ilə bütün ölkənin həyatını dəyişə bilər. Bu gün, uşaqlıq illərində olduğu kimi, o mənim üçün dünyanın ən sevimli və gözəl insanı olaraq qalır. Ad günün mübarək, ana!", - deyə Leyla Əliyeva qeyd edib. 
 
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyavanın doğum günüdür. 
 
ŞAHİN Həbibov
BAKU.WS