SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlı sirk ustası "Ginnesin rekordlar kitabı"na düşüb.
 
BAKU.WS məlumat verir ki, Çarli Çaplin obrazı ilə tanınan Üzeyir Novruzov 8 dəqiqəyə yaxın 6 metrlik nərdivanın üzərində dayanaraq Ginnesin rekordlar kitabına adını yazdıra bilib. 
 
Qeyd edək ki, Üzeyir Novruzov ötən il Amerikanın məşhur «America's Got Talent» yarışmasında iştirak edib. Sözügedən yarışmada da Çarli Çaplin kimi məşhurlaşıb. Üzeyir Nərdivan üzərində göstərdiyi şoularla yarışmada münsiflərin ürəyini fəth edən iştirakçılardan biri olub. 
 
BAKU.WS