SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Məşhur model Sindi Kroufurd qızı Kaya Qerber anasının yolunu davam etdirir. 
 
BAKU.WS məlumat verir ki, modelin qızı  artıq neçə müddətdir model kimi fəaliyyət göstərir. Bir çox tanınmış brendlərin, maqazin jurnallarının siması olan Kaya anasına oxşarlığı ilə diqqət çəkir. 
 
Kaya bu dəfə anası ilə birlikdə "Vogue" jurnalının aprel sayının siması seçiliblər. Sindi ilə Kayanın jurnal üçün fotolarını Mario Testino çəkib.
 
50 yaşı olmasına baxmayaraq Sindi qızından heç də geri qalmır.
 
Qeyd edək ki, bir müddət əvvəl Sindi Kroufurd modellik fəaliyyətinə son qoyacağı ilə bağlı açıqlama vermişdi. 
 
BAKU.WS