SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın şimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağır.

BAKU.WS Azərtac-a istinadən məlumat verir ki, qar yağışı martın 15-i axşam saatlarından başlayıb. Ən çox yağıntı Qubanın Xaltan kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 19 santimetrə çatır. Xınalıqda 6, Qırızda 5, Xızının Altıağac qəsəbəsində 16, Qusarın Ləzə kəndində isə 15 santimetr qar yağıb. Bəzi dağlıq ərazilərdə temperatur mənfi 13 dərəcəyədək düşüb.
 
BAKU.WS