SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Badamdar qəsəbəsində həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Tofiq Məmmədov, Göyüş Qarayev və Seymur Məmmədov küçələrinin arasında yerləşən 2000 nəfərə yaxın sakinin yaşadığı 6 çoxmənzilli yaşayış binalacının əhatə etdiyi məhəllədə əsaslı təmir işləri başa çatıb.

Rayon İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, məhəllədə yaşayanların müraciəti nəzərə alınaraq həyətdə binaların fasadı təmir olunaraq üzlənib, eyvanlar yenidən qurulub, binanın blok qapıları dəyişdirilib, binaların giriş hissəsi təmir olunub.

Uşaqlar üçün bir neçə əyləncə qurğuları quraşdırılıb, süni örtüklü mini stadion tikilib, müxtəlif idman qurğuları və böyük şahmat lövhəsi quraşdırılıb.

Məhəllədə təmir işlərinin başa çatdırılması ilə əlaqədar burada rayon rəhbərliyi, təsərrüfat xidmətləri, qəsəbə ağsaqqalları, ictimaiyyəti nümayəndələri və məhəllə sakinlərinin görüşü keçirilib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və tədbirdə iştirak edən digər rəsmi şəxsilər həyətdə yaradılan şəraitlə tanış olublar. Həyətə toplaşan sakinləri və qonaqları ilaxır çərşənbə və Novruz bayramı münasibəti ilə təbrik edən Eldar Əzizov bildirib ki, bu gün ölkə prezidenti tərəfindən Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində müdrik siyasət həyata keçirilir və bu siyasət Səbail rayonunda da uğurla davam etdirilir. Rayon rəhbərliyi və rayonun hüquq-mühafizə orqanlarının, təsərrüfat xidmətlərinin rəhbərləri sakinlərin istək və arzularını dinləmiş, onların həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Məhəllədə keçirilən şənlikdə Badamdar qəsəbəsində fəaliyyət göstərən «Konferon» MMC tərəfindən xüsusi olaraq təqdim olunmuş böyük paxlava kəsilərək sakinlərə və qonaqlara paylanıb. Sakinlər və qonaqlar onlar üçün hazırlanmış çay süfrəsi ətrafına toplaşıblar.

Məhəllədəki şənlik gün ərzində davam edib, bayram tonqalı yandırılıb, incəsənət xadimləri və Badamdar Mədəniyyət evinin özfəaliyyət kollektivi, kosa, keçəl və Bahar qızı, qəsəbə orta məktəblərinin şagirdləri və uşaq bağçalarında tərbiyə alan uşaqlar milli rəqsləri və mahnıları ilə şənliyi daha rəngarəng ediblər.
 
BAKU.WS