SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş "Ebru qızıl qəfəsdədirmi?" başlıqlı yazısına görə yazar Öncel Öziçerdən 7 min lirə mənəvi təzminat alacaq.

BAKU.WS məlumat verir ki, məhkəmə qərarı ilə yazar Ebru Gündeş və Rza Zərrab cütlüyünə mənəvi təzminat ödəyəcək. Xəbərdə "qürursuz bir qadın" kimi göstərildiyini iddia edən Ebru 20 min lirə (təxminən 10 min manat) təzminat tələb edib.
 
Məhkəmənin son qərarına əsasən yazar Gündeşə 3500 lirə (təxminən 1800 manat), Zarrafa da 3500 lirə olmaqla ümumi 7 min lirə mənəvi təzminat ödəməli olacaq.
 
BAKU.WS