SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyanın ən yaraşıqlı məhbusu azadlığa çıxıb.
 
BAKU.WS məlumat verir ki, 2014-cü ilin yay aylarında Ceremi Miks üç dostu ilə birlikdə silahlı qarət zamanı həbs olunub. Məhkəmə qərarı ilə onlar qanunsuz silah gəzdirdikləri və qarət törətdikləri üçün azadlıqdan məhrum ediliblər. Ötən gün isə Ceremi Miks azadlığa çıxıb. 
 
Keçmiş məhbus Stokton şəhər polisinin facebook hesabında onun fotosunu paylaşdıqdan sonra məşhurlaşıb. Cereminin fotosuna 100 mindən çox bəyənmə gəlib. Xarici görünüşü ilə sosial şəbəkələrdə qısa müddətdə məşhurlaşan Ceremi dünyanın ən yaraşıqlı məhbusu elan edilib.
 
Qadınların ürəyini fəth edən Miks azadlığa çıxandan sonra model kimi fəaliyyət göstərmək istədiyini bildirib. O, model agentliyindən təklif də alıb. Belə ki, Miks Blaze Models model agentliyi ilə 30 min dollarlıq müqavilə bağlayıb. Bundan başqa ona Versace və Armani moda evlərində çalışmaq təklifi edilib. 
 
Qeyd edək ki, Ceremi Miks evlidir, üç övladı var.
 
BAKU.WS