VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Bu gün tanınmış müğənni Roza Zərgərlinin idarə etdiyi idarə etdiyi «Mercedes S-class» markalı avtomobil Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçirdiyi reyd zamanı saxlanılıb.
 
Saxlanılan zaman xanım müğənninin təhlükəsizlik kəmərindən istifadə etmədiyi aşkarlanıb. Lakin yol polisləri ona avtomobilin çirkli olması barədə xəbərdarlıq ediblər. Az sonra isə DYP əməkdaşlarının surprizləri ilə qarşılaşan müğənnə onlara təşəkkür edib. Yol polisləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Roza Zərgərlini təbrik edərək ona müxtəlif hədiyyələr təqdim ediblər.
 
Eyni zamanda, avtomobili pulsuz yudurtmaq üçün xanım müğənniyə pulsuz kontaktsız avtoyuma kuponu da təqdim edilib. Müğənniyə «Nişantaşı» restoranına iki nəfərlik şam yeməyi üçün kupon da verilib. Roza Zərgərliyi isə şam yeməyini elə yol polisləri ilə birlikdə yeyəcəyini bildirib: «Azərbaycan polisləri dünyanın ən mülayim polisləridir. Ona görə də, mən şam yeməyinə yol poloislərini dəvət edirəm».
 
Avtosfer.az 
BAKU.WS