VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının yol polisi qadın sürücülərə sürpriz edib. Yol polisi 8 Mart münasibətilə qadın sürücülərə səhər saat 8-dək axşam saat 8-dək 8 cür hədiyyə verir.

BAKU.WS milli.az-a istinadla xəbər verir ki, bu gün səhər saat 8:00-dan etibarən yol polisləri paytaxtda yol verdikləri inzibati xətalara görə saxlanılan qadın sürücülərə protokol tərtib etmirlər.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Milli.Az-a bildirib ki, qadın sürücülərin idarə etdikləri avtomobillər, əsasən, nəqliyyat vasitələrinin çirkli olmasına görə saxlanılıb. Lakin 8 Mart bayramı ilə əlaqədar xüsusi jest olaraq onlara inzibati protokol tərtib edilməyib.

Eyni zamanda, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda "Nümunəvi qadın sürücü" devizi altında keçirdiyi ənənəvi aksiya çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində "Yol hərəkəti haqqında" Qanunun tələblərini pozmayan xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edilir:

"Hər bir nümunəvi xanm sürücüyə tərəfimizdən 8 hədiyyə təqdim olunur. Onlar avtomobili pusluz yumaq, restoranda 2 nəfərlik pulsuz şam etmək, pulsuz yanacaq doldurmaq üçün kuponlar, pulsuz sığorta, telefon danışığı kartları, qida və kosmetika məhsulları, qablar və güllərlə mükafatlandırılırlar".

Aksiya bu gün axşam saat 8-dək davam edəcək.

Qeyd: Fotolar 1news.az-a məxsusdur. 
 
BAKU.WS