SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, yağıntı ən çox Quba rayonu ərazisində qeydə alınıb.

Qubanın Qrız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub.

Qrız kəndində qarın hündürlüyü 10 sm-ə, Xınalıqda isə 2 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək enib.

BAKU.WS
QALEREYA