SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.

 


 

Lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

 


 

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

 


 

Azərbaycan rayonlarında martın 8-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlədə duman olacağı gözlənilir. Şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.

 


 

Havanın temperaturu gecə 5-10, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

 

 

 

BAKU.WS