SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı idmançı Pərviz Abdullayev "Survivor 2020" yarışmasına növbəti dəfə performansı ilə damğa vurub.

BAKU.WS xəbər verir ki, "TV8" kanalında yayımlanan yarışma proqramında idmançı Pərviz Abdullayev Yasin adlı iştirakçı ilə qarşılaşıb.

Pərviz bu dəfə güclü rəqibini son anda fiziki gücü və sürəti hesabına keçib və komandasına vacib xal qazandırıb. 

Oyunun həyəcanından hisslərini cilovlaya bilməyən Pərviz göz yaşlarına boğulub. 

"Ünsiyyət oyunu" adlı yarışda Pərvizin komandası (Məşhurlar) qələbə qazanıb.

BAKU.WS
VİDEO