SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Alman əsilli aktrisa əkizləri Milat və Melodi ilə kamera qarşısına keçib.
 
BAKU.WS məlumat verir ki, türk iş adamı ilə ailə qurduqdan sonra İslamı qəbul edən aktrisa əkizləri ilə birgə uşaq jurnalı üçün fotosessiya etdirib.
 
Fotosessiyadan sonra jurnalistin suallarını cavablandıran "Öyle bir geçer ki, zaman" serialının Karolini əkiz analarına bəzi tövsiyyələr verib:
 
"Əkiz övladınız varsa onların inkişafının da fərqli olacağını başa düşməlisiniz. Məsələn, biri oturmağı öyrənir, o biri danışmağı. Onları ayrı-ayrılıqda dəstəkləməlisiniz".
 
Vilma üçüncü uşaq haqda düşünmədiyini deyib:
 
"Böyük ailələri sevdiyim üçün çox uşaqlı bir ailəm olmasını əlbəttə istəyirəm. Ancaq üçüncü uşaq haqda düşünmək hazırda çox tezdir. Qismət olsa ə 5 il sonra olar". 

Doğuşdan sonra qısa müddətə arıqlayan aktrisa pəhriz saxlamadığını bildirib:
 
"Pəhrizə qarşıyam. Əsas olan sağlam qidalanmaqdır". 
 
BAKU.WS