SİZİN REKLAM BURADA!
055 213 76 73



Rus rəssam İrina Romanovskaya xəyalını qurduğu Oskara qovuşan Leonardo Di Kaprionun şəkili çəkib. 
 
BAKU.WS-in məlumatına görə, maraqlısı ondadır ki, sənətçi bunu sinəsi ilə edib. İllər sonra Oskarı qazanana Leonun uğuru İrinanı çox təsirləndirib: "Əminəm ki, hər kəs bu anı gözləyirdi. O, mənim ən sevdiyim oyunçudur". 
 
Romanovskaya Dikapriodan əvvəl Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Barak Obama, Rusiya baş naziri Dimitri Medvedev və argentinalı ulduz futbolçu Lionel Messinin şəkilini sinəsi ilə çəkib. 

Bütün gecəni rəsmi tamamlamaq üçün çalışan Romanovskaya rəsmi Dikaprioya çatdırmaq üçün Hollivuda getməyi planlaşdırır. 
 
BAKU.WS