SİZİN REKLAM BURADA!
055 213 76 73


 
36 yaşlı amerikalı aktrisa və model Ceym Kinq Leydi Qaqanın "Oscar" mərasimindəki çıxışından təsirlənərək maraqlı etiraf edib.
 
BAKU.WS məlumat verir ki, aktrisa öz təəssüratlarını Instagram hesabında bölüşüb:

"Təşəkkür  edirəm, Leydi Qaqa. Təşəkkürlər Lady Gaga. İllərcə təcavüzə uğradıqdan sonra nəhayət həqiqətən artıq yaxşı olduğumu hiss etdim. Bunu söylədiyim bir neçə insan olduğu üçün təşəkkürlər. Bu vəziyyəti içimdən gələn ən dürüst şəkildə deyə bildiyim üçün özümə təşəkkür edirəm. Ruhuma, bədənimə, ağılıma, duyğularıma, içimdəki uşağa, gəncliyimə təşəkkürlər, səni sevirəm. Artıq azadam. Çünki fərqinə vardım ki, səssizliyim yaşadıqlarımı unutmağıma kömək etmir, bu mən deyiləm. Hamınızı sevirəm. İndi hərəkətə keçmək vaxtıdır. 14 yaşındaydım və təcavüzlərə 12 yaşımda məruz qalmışdım. Sevgi ilə qalın".

Məlumat üçün qeyd edək ki, Leydi Qaqa da 19 yaşındaykən təcavüzə məruz qaldığını etiraf etmişdi. O nişanlısı Teylora ithafən belə bir yazı yazmışdı:
 
"Kiminsə məni sevə biləcəyinə dair inamım yox idi. Çünki mənə təcavüz edən adam tərəfindən bədənimi kirləndirmişdi. Amma Teylor içimdəki məni yenidən həyata qaytardı öz sevgisi ilə. Həyata inamımı artırdı. Onu sevirəm".
 
Qeyd edək ki, Leydi Qaqa ağ pianoda və ağ libasda "Oskar"ın təqdim etmə mərasimində cinsi istismara məruz qalmış insanlarla birgə "Til It Happens to You (Başına gəlmədikcə bilmərsən)" mahnısını ifa etməklə gecəyə damğa vurub. Leydi Qaqa bu mahnını ABŞ-da kampuslarda təcavüzə məruz qalan insanlar haqqında çəkilən "The Hunting Ground" sənədli filmi üçün səsləndirib. 
 
BAKU.WS