SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İzlənmə rekordlarını qıran "Kara Sevda" serialının növbəti bölümünün fraqmanı yayılıb. 
 
BAKU.WS məlumat verir ki, bu həftə çərşənbə günü yayımlanacaq serialda yenə tamaşaçıları həyəcanlandıran hadisələr baş verəcək. Yayımlanan fraqmanda Nihanın qaçırılması ilə bağlı görüntülər yer alıb. Ötən bölüm Nihanla Kemalın gizlin şəkildə yeraltı bir məkanda görüşməsilə bitmişdi. 
 
Qeyd edək ki, "Kara Sevda" serialı çərşənbə günləri Star tv kanalında Bakı vaxtı ilə 22:00-da yayımlanır. Baş rollarda Burak Özçivit (Kemal), Neslihan Atagül (Nihan) və Kaan Urgancıoğlu (Emir) çəkilib.
 
BAKU.WS