SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan ilk dəfə "Future Fashion Faces World 2016” beynəlxalq gözəllik müsabiqəsində iştirak edəcək.

Bunu BAKU.WS-ə açıqlamasında təşkilatçı və prodüsser Aqil Məmiyev deyib. O bildirib ki, müsabiqə Türkiyənin Antalya şəhərində keçiriləcək. Dünyanın 50-dən çox ölkəsindən modellərin qatıldığı müsabiqə mart ayının 13-dən 21-nə kimi davam edəcək:
 
"Mən özüm də müsabiqəyə münsif olaraq dəvət olunmuşam. Ölkəmizi bu müsabiqədə Zəhra Qaraxanova (176 sm), GünelŞirəliyeva (173 sm), NihadQuliyev (190 sm) və OrxanOruclu (192 sm) təmsil edəcək. İştirakçıların müsabiqə hazırlıqları davam edir. Onların üzərində təcrübəli stilist Lamiya Babyeva çalışır. Modellərimizin müsabiqə üçün xüsusi olaraq fotolarını tanınmış fotoqraf Ratmir Şərifov çəkib".
 
Aqil Məmiyev onu da bildirib ki, müsabiqəyə qatılan modellərdən Günel Şirəliyeva "Miss Heritage 2015”, "Miss Exclusive 2015” və "Charity Queen of One Power International” sonra dördüncü beynəlxalq müsabiqədə, Nihat Quliyev isə Fillipində keçrilən "Mister İnternational 2015” sonra 2-ci beynəlxalq müsabiqədə iştirak edəcək.

Qeyd edək ki, "Future Fashion Faces World 2016” gözəllik müsabiqəsinin prezdenti Bolqarstanlı Svetlana Şapovadır. Beynəlxalq kastinq direktoru isə Çetin Durudur.
 
Ayşən Ayxan 
BAKU.WS