SİZİN REKLAM BURADA!
055 213 76 73


BƏƏ-nin Baş Naziri və Dubay Əmiri şeyx Məhəmməd ibn Rəşid Al Maktumun oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum maraqlı həyat tərzi ilə diqqət çəkir. 

BAKU.WS-in məlumatına görə, Dubay əmirinin oğlu Hamdan ekstremal idman növlərindən biri olan "skydive"la məşğuldur.

Şahzadə mütəmadi olaraq dostları ilə birgə adrenalin dolu hərəkətləri kameraya çəkərək öz hesabında paylaşır.

Bununla yanaşı ov etməyə və at çapmağa da marağı olan şeyx tez-tez xarici ölkələrə səfər edir. Getdiyi ölkələrdə ov edən "Fazza" ləqəbli ərəb şeyxi yolunu bir neçə dəfə Azərbaycandan da salıb. 

Qeyd edək ki, "Fazza” ləqəbilə şeirlər yazan şahzadə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. "Forbes”in "dünyanın ən zəngin varisləri" siyahısında olan şeyxin varidatı 18 milyard dollar dəyərindədir.

BAKU.WS
VİDEO

QALEREYA