SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə , gecə yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq.

Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Bakıda gecə 4-6° isti, gündüz  9-11° isti olacağı proqnozlaşdırılır. Atmosfer  təzyiqi  761  mm civə sütunundan 769 mm civə sütununa  yüksələcək. Nisbi rütubət  gecə 85-95 % , gündüz 50-55 % təşkil edəcək.             

Azərbaycanın rayonlarında  hava şəraitinin  arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.  Ayrı-ayrı yerlərdə duman olacaq.  Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.                   
BAKU.WS