VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türk futbolçu Arda Turan yeni reklam çarxına çəkilib. 
 
BAKU.WS-in məlumatına görə, "Barselona" forması geyən ulduz futbolçu Dəri Tanıtım Qrupunun (DTG) reklam çarxında iştirak edib. Reklam çarxında gənc bir qız Azərbaycan ritmləri ifa edir və Arda ayaqları ilə step rəqsini oynayır. 

Sezon başında 41 milyon avroya "Atletiko Madrid"dən dünya nəhəngi "Barselona"ya transfer olan Arda Turan tanınmış markaların maraq dairəsinə düşüb. Yanvar ayından "Barselona" formasını geyməyə başlayan Arda bir çox marka ilə reklam müqaviləsi imzalayıb.
 
"Lassa", "Opet" və "Master Card"dan sonra Arda türk dəri məhsullarını da dünyaya tanıdacaq. Klubu Barcelonadan ildə 8 milyon avro qazanan Arda Turan 2016-ci ildə reklam gəlirlərindən də təxminən 4 milyon avro qazanacaq.
 
BAKU.WS