VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin ilk Ay tutulması başlayıb.

BAKU.WS-in məlumatın agörə, təbiət hadisəsi saat 23:11-də maksimuma çatacaq və yanvarın 11-ə keçən gecə saat 01:12-də bitəcək.

Ay tutulmasını Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Amma prosesi gözlə müşahidə etmək çətin olacaq.

Ay tutulmasını Azərbaycanda da izləmək mümkündür.

Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması hadisəsinin baş verəcəyi gözlənilir. 2-ci Ay tutulması iyunun 5-dən 6-sına keçən gecə, 3-cüsü iyulun 5-də, sonuncu tutulma isə noyabrın 30-da baş verəcək.

BAKU.WS