SİZİN REKLAM BURADA!
055 213 76 73


Kütləvi informasiya vasitələri bu il üzrə dünyada paylaşımlardan ən çox pul qazanan İnstaqram istifadəçisini müəyyənləşdiriblər.
BAKU.WS “axsam.az”a istinadən xəbər verir ki, 2019-cu il üzrə paylaşımlardan ən çox pul qazanan portuqliyalı futbolçu Kriştiano Ronaldo seçilib.

O, hər paylaşımına görə 780 000 funt sterlinq (təxminən 1 milyon 734 min manat) qazanıb.

İl ərzində futbolçu bütün paylaşımlarına görə isə 47,8 milyon dollara (təxminən 81 milyon manat) sahib olub.

Ən çox pul qazanan ikinci “İnstagram” istifadəçisi isə argentinalı futbolçu Lionel Messi olub.

O, bir il ərzində 23,2 milyon dollar (təxminən 40 milyon manat) pul qazanıb.

BAKU.WS