SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Facebook Ankaradakı terror aktından sonra istifadəçilərin təhlükəsizliyi ilə bağlı yeni funksiya tətbiq edib.
 
BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, Facebook Ankaradaki istifadəçilərə "Yaxşısan? Bilirik ki Ankaradasan. Təhlükəsizliyini bildirmək üçün dostlarını xəbərdar et. Bunu etdiyində onlara məlumat gedəcək" mesajını göndərib. Bu funksiyadan istifadə edən sosial şəbəkə itifadəçiləri "Təhlükəsiz yerdəyəm" və "Orada deyiləm" variantlarından birini seçərək cavab verə bilirlər. 
 
Qeyd edək ki, Facebook oxşar funksiyanı 2015-ci il 13 noyabr tarixində Fransadakı terror aktında da tətbiq etmişdi.
 
BAKU.WS