SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İnstaqramda sentyabr ayından etibarən fəaliyyət göstərməyə başlayan "Rich Russian Kids" səhifəsi qısa müddətdə məşhurlaşıb. 
 
BAKU.WS məlumat verir ki, Rusiyanın varlı uşaqlarının həyat tərzi əks olunan səhifə o qədər məşhurlaşıb ki, artıq oliqarx övladları fotolarını "RRK" haştaqı ilə paylaşır. 
 
Səhifədə varlı uşaqlarının maşınları, evi, istirahət fotoları və digərləri yer alıb. Onların içərisində ən çox diqqət çəkəni isə rusiyalı biznesmenin oğlunun Putinlə fotosu olub. 
 
Qeyd edək ki, səhifədə fotoları paylaşılan oliqarx övladlarının hər birinin İnstaqram hesabları qeyd olunur. 
 
BAKU.WS