SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunda neçə illərdir Yuxarı Öysüzlü və ətraf kəndlərin sakinlərinin xidmətində məktəb, baxca, xəstəxana kimi duran yaşı 150 dən artıq Nəsib və Yusif bəy qardaşlarının xüsusi memarlıq üsulu ilə inşa edilən evləri bu gün xarabalığa çevrilib.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən 19-cu əsrə aid bu tarixi evlər Nəsib sultanın nəvələri sayılan Nəsib və Yusif bəyin mülkü olub. Onlar bu evdə represiya dövrünə qədər - 1937-ci ilə kimi yaşayıblar.

Yusif bəyin evi vaxtı ilə geniş və çox saylı otaqlardan ibarət iki mərtəbəli, taxta üzərində xüsusi, əllə işlənmiş naxışları olan mülk olub. Bu gün bu bəy evləri tarixi abidə kimi qeydiyyatda olsa da, baxımsızlıqdan xarabalığa çevrilib. Hətta hazırda tikiliyə daxil olmaq belə təhlükəlidir.

Bina üzərində olan arnamentlərin Şuşa qalasında mövcud olduğunu deyənlər də var. Ağır məqam odur ki, bu tarixi abidənin acı mənzərəsi 20 ilə yaxındır ki, davam edir və bu tarixi abidəni restavrasiya edən tapılmır.

BAKU.WS
QALEREYA