SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün talassemiyadan əziyyət çəkən uşaqlara qayğı məqsədi ilə Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında təşkil edilən qanvermə aksiyası keçirilib.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada alayın şəxsi heyəti yüksək həvəslə və könüllü olaraq iştirak ediblər.

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donor polis əməkdaşının sağlamlığı öncədən müəyyən olunub, onlardan qan analizi götürülüb.

Aksiyada iştirak edən polislər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər. Onlar, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist aksiyada yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərərin müalicəsində istifadə olunacaq.

BAKU.WS
QALEREYA