SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.WS əslən Azərbaycandan olan doqquz məşhur modeli təqdim edir:

Aysel Manafova, @ayselmanafova
"Miss Azərbaycan 2013" gözəllik yarışmasının qalibi və ölkəni "Miss Kainat" yarışmasında təmsil edən ilk azərbaycanlı model. Aysel bu gün Bakıda model fəaliyyəti göstərir.

Raziyat Əliyeva, @razi__aliyeva
"Miss Azərbaycan 2017" yarışmasının qalibidir. Bakıdakı Qərb universitetində oxuyub, daha sonra təhsilini xaricdə davam etdirib. Hazırda Azərbaycanda bir çox brendlərin simasıdır. Moda nümayişlərində iştirak edir və əcnəbi dizaynerlərlə əməkdaşlıq edir. Həmçinin teleaparıcıdır.

Səmra Hüseynova, @semrahuseinova
"Miss Azərbaycan 2019" gözəllik yarışmasının qalibi olmuş modeldir. Bakıda Rəssamlıq Akademiyasında işləyib. Uzun müddət Rusiya və Türkiyədə fəaliyyət göstərib. Bir çox moda nümayişlərində iştirak edərək dünya brendləri ilə əməkdaşlıq edir.

Oğulbahar Kommiyeva, @kommiyeva
Əslən Azərbaycandan olan beynəlxalq modeldir. Bütün dünyada müxtəlif moda nümayişlərində podiuma çıxır. Bu yaxınlarda "Miss FashionTV 2019" müsabiqəsinə qatılıb.

Ramina Abbasova, @abasovaramina

Bakıda doğulub. 18 yaşından incəsənətlə məşğuldur. 2016-cı ildə dünya şöhrətli brendi Bakıda təqdim etmək üçün "Victoria's Secret" brendinin fotosessiyasına dəvət alıb. Bundan sonra türk brendlərindən çoxlu təkliflər alıb. Özünü müğənni kimi sınayır. 2019-cu ildə klipi Youtube-da 4 milyon baxış toplayıb.

Umleyla Baxtiozina, @bakhumaa
Azərbaycanlı modeldir. Bakıda keçirilən moda nümayişlərində aktiv iştirak edir, jurnallarda çəkilir və reklam fotossiyalarına çəkilir.
Umleylanın fotosu "L’Officiel", "Nargis Mag", həmçinin Amerikanın "Blum Magazine" jurnallarının üz qabığında dərc olunub.

Ayşə Qarayeva, @aisha_garayeva
"Miss Grand Azerbaijan" müsabiqəsinin qalibidir. Müsiqişünasdır. Müsabiqədə qalibiyyətindən sonra tanınır və bir çox təkliflər alıb. Serialda çəkilib.

Natəvan Əfəndiyeva
Model və aktrisadır. "Miss Şarm Azərbaycan 2014" titulunun sahibidir. 2017-ci ildə "Don Marleone" filmində baş rola çəkilib.

Nərminə Hacıyeva, @narminahajiyeva_
Azərbaycanda ən tələbatlı modellərdən biridir. 2018-ci ildə "Miss Azərbaycan gözəllik yarışmasının qalibi olub. Həmçinin "Golden People Awards"ın sorğularının nəticələrinə görə "Ən yaxşı model" tituluna layiq görülüb. ARB-də aparıcı işləyir.

 

Mənbə: weproject.media

BAKU.WS