VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Məşhur "Titanik" gəmisinin yeni versiyası hazırlanır.

BAKU.WS TASS-a istinadən məlumat verir ki, gəmi 2018-ci ildə tam hazır olacaq. Gəminin içərisində heç bir yeni texnoloji avadanlıqlardan istifadə edilməyəcək, orijinal variantı olduğu kimi saxlanılacaq.
 
Məlumatda bildirilir ki, gəmidə edilən yeganə yenilik göyərtədə helikopterin eniş edə bilməsi xüsusi sahənin olmasıdır. Mütəxəsislər "Titanik 2"də əvvəlki gəmidən fərqli olaraq çoxlu sayda xilasedici qayıqların quraşdırlacağını bildirib. 

"Titanik 2" Blu Star Line şirkətinin sahibi avstraliyalı iş adamı Clive Palmer tərəfindən inşa etdirələcək. Gəminin inşaasına 431 milyon dollardan çox vəsait xərclənəcəyi bildirilir.
 
"Titanik-2"-də 1, 2 və 3-cü siniflər olmaqla 840 kabinə qurulacaq. Gəmi hər səfərində 2435 sərnişin və 900 ekipaj üzvü daşıya biləcək. İlk səfərinin Dubayla Çin arasında olacağı planlaşdırılır. 

Xatırladaq ki, Titanik gəmisi 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olub. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1 514 nəfər isə həlak olub.
 
BAKU.WS