SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın məhsulu olan "Mobil Notariat" proqram təminatı "App Store"da Azərbaycan üzrə ən çox yüklənən proqram olub. 

BAKU.WS xəbər verir ki, sözügedən proqram təminatı vasitəsi ilə notariuslar tərəfindən onlayn xidmətlərin göstərilməsi mümkündür.

Hazırda "Mobil Notariat" proqram təminatı ən çox yüklənənlər siyahısında ilk sıradadır. 

Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir.

Həm “Appstore”dan, həm də “Google Play”dan mobil cihazlara ödənişsiz yüklənən bu proqram təminatı vasitəsilə şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin elektron versiyasının vahid mənbədə mobil telefonda saxlanılması və onların qüvvədən düşməsi barədə məlumatın dərhal alınması, habelə həmin sənədlərdən istifadə etməsi imkanı təşkil edilib.

Mobil cihazlar üçün yaradılmış bu proqram məhsulu vasitəsilə istifadəçi həm də xəritədə onun ətrafında olan bütün notariat ofisləri və notariuslar barədə məlumatı, onlara qədər məsafəni və çatmaq üçün marşrutu (o cümlədən ictimai nəqliyyat vasitələri ilə), ətraf küçələrin və inzibati binanın 360 dərəcə görüntüsünü, ödənilməli rüsum və haqqın məbləği, tələb olunan sənədlər və əməliyyatda iştirak etməli şəxslər barədə ətraflı məlumatı əldə edə biləcək.

Artıq 2500-dən çox şəxs bu innovativ məhsulun istifadəçisidir.

BAKU.WS
VİDEO

QALEREYA