SİZİN REKLAM BURADA!
055 213 76 73


BDU-nun yataqxanasında ölən qız nişanlı olub.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, ölən tələbənin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova nişanlı olub.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları qızların otağında təhqiqat aparırlar.

Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
Verilən məlumata görə, bu barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub.
Həkimlər Mətbuat küç 36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar.

Digər zəhərlənən tələbələrin kimliyi müəyyənləşib.

Bunlar Kimya fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dillubə Qismət qızıdır.

Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.

BAKU.WS
QALEREYA