VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məmurlar, tanınmışlar, vəzifəlilər hər zaman dünya mətbuatının gündəmində olub.

BAKU.WS xəbər verir ki, Azərbaycanda da sadaladığımız insanların bir-birinə qız alıb-verməsi, qohum olması geniş yayılmış haldır. Onların işləri ilə yanaşı şəxsi həyatları da insanlara daim maraqlı olub. Bu səbəbdən BiG.AZ quda olan məmurların siyahısını təqdim edir:

Keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla “Azərenerji” ASC-nin keçmiş sədri Etibar Pirverdiyev qudadır. Əli Abbasov oğluna Pirverdiyevin qızını alıb. Etibar Priverdiyevin digər qudası isə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıkovdur.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Gəncənin yeni icra başçı Niyazi Bayramovla qudadır. Belə ki, Azad Rəhimovun oğlu Arif Rəhimov Niyazi Bayramovun qızı Cahan Bayramova ilə ailəlidir.

Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayonunun icra başçısı Alı Qocayevlə qudadır. Spikerin qızı icra başçısının oğlunun həyat yoldaşıdır.

Deputat Rafiq Məhəmmədhəsənov həmkarı Cavanşir Feyziyevlə qudadır.

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deputat Hadı Rəcəbli ilə qudadır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikanın Daxili İşlər naziri Füzuli Ələkbərovla qudadır. Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov 2017-ci ildə Füzuli Ələkbərovun qızı ilə ailə həyatı qurub.

"Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı, keçmiş "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovun qızı Zümrüd Mənsimova Zülfüqarlı qardaşlarından biri, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Şahinlə 2017-ci ilin aprel ayında ailə qurub.
BAKU.WS