SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Braziliyada bütün dünyada məşhur Rio karnavalı start götürüb. 
 
BAKU.WS-in məlumatına görə, dünyanın ən məşhur küçə əyləncəsi olan Rio karnavalı cümə günü açılışdan sonra Samba məktəbləri Sambadromda möhtəşəm bir nümayiş təşkil edib. Karnavalı izləmək üçün minlərlə Rio sakini də küçələrə çıxıb. 

Məktəblərini birinci etmək üçün yarışan rəqqasların həyəcanı gözlərindən oxunurdu. Karnavalda həyati mövzulara da ən az əyləncə qədər diqqət yetirilib. ZIKA epidemiyasının yayılmağa başladığı Olinda qəsəbəsindəki rəqs nümayişləri insanları xəstəliyə qarşı maarifləndirmək üçün təşkil edilib.
 
Hər il olduğu kimi, bu il də Rio karnavalına tamaşa etmək üçün bütün dünyadan 1 milyondan çox turistin Braziliyaya gələcəyə gözlənilir.
 
BAKU.WS