SİZİN REKLAM BURADA!
055 213 76 73


Mövcud vəziyyət Tovuzun Sarıtala inzibati ərazi dairəsinə tabe olan kənd və ara kəndlərə gedən yollarda müşahidə olunur.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, bu ərazidə 2016-cı ildən layihə üzrə yollarda təmir-tikinti işləri aparılır.

Lakin üç ildir buradakı vəziyyət əvvəlkindən də daha bərbad vəziyyətə düşüb.

Yollara çınqıl əvəzinə torpaq və qaya daşı parçaları tökülüb.

Dağətəyi ərazidə təxminən metr yarım enində 30 metr uzunluğunda sonu olmayan kiçik yola asfalt örtüyü çəkilib.

Bundan əlavə yol kənarında düzənlik əraziyə də təxminən 50kv metr əraziyə asfalt örtüyü çəkilib.

Lakin əsas yol qalıb kənarda. Sakinlər deyir ki,qış aylarında vəziyyət daha dözülməz hal alır.

Nə məktəbə gedən uşaq tapılır, nədə ki, hər hansı bir xəstəsini həkimə çatdırmaq mümkün olur.
BAKU.WS
QALEREYA