SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanın tanınmış aparıcılarından biri, ANS TV-də yayımlanan "Günə Baxan"nın aparıcı Elgiz Əkbər ata oldu.


BAKU.WS
-in məlumatına görə, aparıcı Anspress-ə açıqlamasında qız atası olduğunu deyib. Onun sözlərinə görə, körpə bu gecə dünyaya gəlib. Elgiz qızına Lalə adını verib. "Uşaq gecə saat 01 radələrində dünyaya gəlib. Çəkisi 3 kq-dır. Çox həyəcanlıyam. Sanki mənə baxıb gülümsədi".

Qızını Lalə adlandırmasına gəlincə isə o , deyib ki, hələ subay zamanlarından iki addan xoşu gəlib. Bunlardan biri Lalə idi.

Qeyd edək ki, aparıcı ata olacağı barədə məlumatı efirdə demişdi. O, bir müddət öncə həyat yoldaşının yanında olmaq üçün məzuniyyətə çıxdığını açıqlamışdı. "Yaxın günlərdə ata olacam. Xanımımın mənə ehtiyacı var. Ona görə də məzuniyyətə çıxdım ki, xanımımın yanında olum”.

BAKU.WS