SİZİN REKLAM BURADA!
055 213 76 73


45 ildir ayrı düşən əkiz qardaşlar qovuşub.

BAKU.WS
xəbər verir ki, bu həsrətə Xəzər TV-nin "Səni axtarıram" proqramı son qoyub.

İndi 63 yaşında olan İsmayıl ilə Fevral sovet dövründə Rusiyada hərbi xidmət çəkdikdən sonra ayrı düşüblər. Hərbi xidməti başa vuran İsmayıl doğma yurdu Qazaxa geri dönsə də, Fevral rus qızı ilə ailə quraraq orada qallıb.

45 ildir doğmaları ilə nə telefon bağlantısı yaratmayan, nə də məktub yazmayan Fevralı Xoşqədəm Hidayətqızı taparaq Azərbaycana gətirib.

"Əkizlər ayrı qala bilmirlər. Bunu mən yaxşı bilirəm, çünki mənim də evimdə əkiz var. Tamaşaçılarıma söz vermişdim ki, əkizləri qovuşduracam və sözümə əməl etdim"-Xoşqədəm xanım deyib.

Əkiz qardaşların uzun illərdən sonra görüşü hər kəsi təsirləndirib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO