VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı modellər Nigar Qədirli və Kənan Mehdi Rusiyanın paytaxtı Moskvada keçirilən "Moscow İnternational Fashion Fest"də podiuma çıxıblar.

BAKU.WS xəbər verir ki, türkiyəli dizayner Güler Baysalın kolleksiyasını nümayiş etdirən modellər festivala "ADDIM" Gənclər Təşkilatının dəstəyi ilə qatılıblar. 


"Miss&Mr National Azerbaijan" gözəllik yarışmasının online səsverməsi zamanı qalib olan gənclər sözügedən festivalda iştirak şansı qazanıblar. 

Diqqət çəkən məqamlardan biri də Nigar Qədirlinin təqdim etdiyi gəlinlik libası olub. Həm görünüşü, həm də çəkisi ilə maraq obyekti olan geyimin çəkisi 40 kiloqramdan çox olsa da, model xanım podiumda məharətlə addımlayıb. 

55 kq çəkili (boy 178 sm) modelin 40 kq-lıq libasla yanaşı, başında 3 kq-lıq fata olub. 


Çıxışdan sonra müxtəlif ölkələrin nümayəndələri, moda biliciləri həmyerlilərimizlə tanış olub, xatirə fotosu çəkdirib. 

Onu da qeyd edək ki, sentyabrın 20-də final gecəsi keçiriləcək "Miss&Mr National Azerbaijan" müsabiqəsində iştirakçılar dizayner Güler Baysalın xüsusi olaraq hazırladığı çimərlik geyimlərini təqdim edəcəklər.


Aysel
BAKU.WS
VİDEO