VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəqliyyat vasitələrində dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər müəyyənləşib.

BAKU.WS
xəbər verir ki, Nazirlər Kabineti “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən, sürücülər idarə etdikləri nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər.

“Report” saytı qərarda qeyd edilənlərə aydınlıq gətirilib. Qeyd edilib ki, nəqliyyat vasitəsində olan dərman qutusunda bu Sənədin 1 nömrəli əlavəsində göstərilən tibbi ləvazimatlar və dərman vasitələri, habelə qeyri-tibb işçiləri tərəfindən ilk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası olmalıdır.

Həmçinin nəqliyyat vasitələri (minik və yük avtomobilləri, avtobus, təkərli traktor, habelə tramvay və trolleybus) növündən asılı olaraq, bu Sənədin 2 nömrəli əlavəsində göstərilən odsöndürənlərlə təmin olunmalıdır.

Qərarda dərman və odsöndürəndən istifadə qaydaları, habelə xəsarət zamanı göstəriləcək ilkin tibbi yardımla bağlı zəruri məsələlələr müəyyənləşdirilib.

“Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”na əsasən dərman qutusunun tərkibi aşağıdakı kimidir:

Sıra №-si

Tibbi ləvazimatların və dərman vasitələrinin adı

Ölçü vahidi

Miqdarı

1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vasitələr

1.1.

Analgin 0.5 (yaxud əvəzedici)

qutu

1

1.2.

Portativ hipotermik (soyuducu) paketkonteyner

ədəd

1

1.3.

Natrium sulfasil məhlulu

tübik

1

1.4.

Aspirin 325 mq doza və ya Aspirin 100 mq doza

qutu

1

2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vasitələr

2.1.

Özünə və qarşılıqlı yardım məqsədilə arterial qanaxmanı saxlamaq üçün tənzimlənən (təzyiqli) jqut

ədəd

1

2.2.

Steril bint 10x5 sm

ədəd

1

2.3.

Qeyri-steril bint 10x5 sm

ədəd

1

2.4.

Qeyri-steril bint 5x5 sm

ədəd

1

2.5.

Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8x10 sm ölçüdə MAQ atravmatik sarğısı

ədəd

1

2.6.

Steril tibbi sarğı paketi

ədəd

1

2.7.

Bakterisid leykoplastr 2,5x7,0 sm, yaxud 2x5 sm

ədəd

8

2.8.

Kapilyar və venoz qanaxmaları saxlamaq üçün 6x10 sm, 10x18 sm ölçüdə furaqinli “Koleteks QEM” steril salfetləri, yaxud statin (tox halında) 1,0 q

ədəd dəst

3 3

2.9.

Steril tibbi salfet (tənzif materialından) 18x14 sm

ədəd

1

2.10.

Spirtdə 5 faizli yodun, yaxud 1%-li brilyant abısının məhlulu

flakon

1

2.11.

1x500 sm və ya 2x500 sm, yaxud 1x250 sm ölçüdə leykoplastr

ədəd

1

2.12.

Qeyri-steril boruşəkilli tibbi elastik bint

ədəd

1

2.13.

Pambıq 50 q

bağlama

1

3. Ürək ağrılarına qarşı vasitələr

3.1.

Nitroqliserin həbləri, yaxud kapsulası (trinitrolonq)

qutu

1

4. Bayılmaya qarşı vasitə

4.1.

Ammiak məhlulu (naşatır spirti)

flakon

1

5. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vasitələr

5.1.

Aktivləşdirilmiş kömür

qutu

1

6. Qayçı (kütuclu)

ədəd

1

7. Birdəfəlik istifadə üçün qeyri-steril tibbi əlcək

cüt

1

8. İlk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası

ədəd

1


“Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”na əsasən nəqliyyat vasitələrinin odsöndürənlərlə təminat normaları aşağıdaki kimidir:

Sıra №-si

Nəqliyyat vasitələrinin növləri

Odsöndürənlərin növləri, minimum sayı (ədəd) və minimum həcmi (litr)

1.

Minik avtomobilləri

1x2 (tozlu və ya köpüklü)

2.

Yük avtomobilləri, icazə verilən maksimum kütləsi: -3,5 tonadək olan;

-3,5 tondan 12 tonadək olan;

-12 tondan çox olan

1x2 (tozlu, köpüklü və ya karbon qazlı)

2x2 və ya 1x5 (tozlu, köpüklü və ya karbon qazlı)

2x5 və ya 1x10 (tozlu, köpüklü və ya karbon qazlı)

3.

Avtobuslar: -oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan;

-oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 16-dan artıq, lakin

31-dən çox olmayan:

sürücü olan hissədə;

salonda;

-oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 31-dən artıq olan:

1x4 (tozlu və ya köpüklü)

1x4 (tozlu və ya köpüklü)

1x4 (tozlu və ya köpüklü)

1x4 (tozlu və ya köpüklü)


sürücü olan hissədə; salonda (iki salon

olduqda, hər salonda)

1x4 (tozlu və ya köpüklü)

4.

Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələri (kabinədə və yük yerində olmaqla)

2x5 (tozlu və ya karbon qazlı)

5.

Səyyar laboratoriyalar

2x5 və ya 1x10 (tozlu, köpüklü və ya karbon qazlı)

6.

Təkərli traktor və digər xüsusi texnikalar: benzin yanacaqlı;

dizel yanacaqlı

1x5 (tozlu, köpüklü və ya karbon qazlı)

2x5 və ya 1x10 (tozlu, köpüklü və ya karbon qazlı)

BAKU.WS