BAKU.WS bu günün ulduz falını təqdim edir:


Qoç - Bu gün bəzi çətinlikləriniz olacaq. Onların hamısının öhdəsindən gəlməyiniz vacibdir. Çünki gələcək uğurlarınız onlardan asılıdır. Mübarizəyə köklənin və mövqeyinizi əldən verməyin. Yaxınlarınızın köməyinə ümid edə bilərsiniz. Yeni tərəfdaş və həmfikir axtarmağa isə dəyməz.

Buğa - Emosional fon gərgindir. Bu səbəbdən yaxınlarla münasibət də gərilməkdədir. Bunlar bir çoxlarına xırda problem kimi görünsə də, bəziləri artıq köhnə əlaqələri yeniləmək, gələcək addımlar barədə düşünməyə başlayıblar. Amma hələlik qəti hərəkət etməyə heç kim tələsmir.

Əkizlər - Hər şeyin yaxşılığa doğru dəyişəcəyi ümidinin sizi tərk etməsinə izn verməyin. Optimizm və sakit inam istənilən şəraitdə uğuru sizə doğru maqnit kimi çəkəcək.

Xərçəng - Bu gün eyni zamanda həm hiyləgər, həm də dözümlü olmalısınız. Gün sadə deyil, qarşınıza qoyduğunuz məqsədlər isə çox ciddidir və geri çəkilmək olmaz. Xoşbəxtlikdən, çox güclü bir şəxs köməyinizə gələcək. Yeni tərəfdaşınızın xətrinə dəyməyin, o, sizə hələ lazım olacaq.

Şir - Gün ərzində yaxınlarınızla razılığa gəlməyə çalışacaqsınız, amma yalnız axşama doğru ortaq məxrəcə gələ biləcəksiniz. Fikirləşməyin ki, sizi elə bir sözünüzdən anlayırlar, fikrinizi anlatmaqda tənbəllik etməyin.

Qız - Təhsil almaq, yeni biliklər öyrənmək üçün əla gündür. Bu gün informasiyanı əldə etmək və yadda saxlamaq sizə çox asandır. Alış-veriş edə bilərsiniz, amma ev təmirinə çəkdiyiniz xərc hədər gedəcək. Yaşlı insanlarla ünsiyyət xoş təsir bağışlayacaq. Həmçinin onların təcrübəsi karınıza gələcək.

Tərəzi - Sevdiyiniz şəxslə münasibətləriniz ahəngdardır, savaşdan qorxmadan istənilən məsələni onunla müzakirə edə bilərsiniz. Köhnə tanışlarınızla görüşləriniz sizi sevindirəcək. Enerjiniz çoxdur. Səhhətinizdən şikayətiniz olmayacaq.

Əqrəb - Sizi maraqlı və xoş bir gün gözləyir. Öz istedadınızı tətbiq etmək üçün gözlənilməz bir sahə tapacaqsınız. Nüfuzlu adamların xoşuna gələcək, onların inamını qazanacaqsınız. Peşəkar və şəxsi işlərinizi yoluna qoymaq üçün əla gündür. Dostlarınızla ümumi biznesin yaradılmasını, yaxud ürəyinizi tez-tez döyünməyə vadar edən birisiylə eşq məsələlərini müzakirə edə bilərsiniz.

Oxatan - Gücünüz aşıb-daşır, o qədər enerji hiss edirsiniz ki, onu sərf etməyə doğru bir yer tapsanız, əla olar. Əgər kontakt idman növlərilə məşğul olursunuzsa, yaxud fiziki işlə məşğul olacaqsınızsa, bir qədər diqqətli olun.

Oğlaq - Gün asan və xoşdur. Maraqlı insanları öz ətrafınıza toplaya biləcəksiniz. Bir çox başlanğıclar uğurla bitəcək. Və onlar nə qədər cəsarətli olsalar, bir o qədər yaxşıdır. Enerjiniz və inadınız başladığınız işi sona çatdırmağa sizə imkan verəcək.

Dolça - Ənənələrdən kənara çıxsanız, özünüzün çox cəsarətli bir planınızı həyata keçirə bilərsiniz. Əsas məsələ odur ki, həddinizi aşmayasınız. Bir qədər çox canfəşanlıq etsəniz, o zaman sizi dağıdıcı və günahkar elan edəcəklər. Çox yaxşı olardı ki, sizə dost münasibəti bəsləyən və diplomatik istedadı olan birisiylə müvəqqəti alyans yaradasınız.
 
Balıqlar - Bu gün hər hansı bir sürpriz vəd etmir. Sakit və rəvan, maraqlı və ümumilikdə xoş keçəcək.  Özünüzdən qəhrəmanlıq və qeyri-adi hərəkətlər tələb etməyin, rahat olun, ümumi axına qoşulun. Çalışın, vacib məsələləri günün birinci yarısında həll edəsiniz.

 

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ