SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bir qrup həvəskar gənc Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin "Gənclərə xitabı" ilə bağlı videoçarx hazırlayıb.
 
BAKU.WS məlumat verir ki, videoçarxda gənclər M.Ə.Rəsulzadənin "Gənclərə xitabı"nı həm səslə, həm də işarət dili ilə ifadə ediblər. Layihənin ideya müəllifi Ayaz İlyasovdur, prodüsseri isə Rəşid Mustafazadədir (BDU jurnalistika fakultəsinin 4-cü kurs tələbəsi).
 
Layihənin prodüsseri Rəşid Mustafazadə BAKU.WS-ə açıqlamasında bildirib ki, videoçarx M.Ə.Rəsulzadənin qarşıdan gələn doğum günü münasibəti ilə hazırlanıb:
 
"Bildiyiniz kimi yanvarın ayının 31-i M.Ə.Rəsulzadənin doğum günüdür. İdeyanı mənə ilk dəfə Ayaz İlyasov dedi. Razılaşdıq. İştirakçıları tapdıq, çəkiliş üçün məkanı seçdik. Nuranə Abıyeva da işarət dilini iştirakçılara öyrətməkdə bizə dəstək oldu. Birlikdə belə bir iş ərsəyə gətirdik. Məqsədimiz AXC dövründə dövlətçiliyimizin qurulması və möhkəmlənməsində müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadənin vaxtı ilə dediyi sözləri gənclərə daha maraqlı formada çatdırmaq və bununla tarixi şəxsiyyətimizi yaşatmaqdır".
 
Qeyd edək ki, Türkiyədə siravi vətəndaşlarla məşhur simalar da birlikdə Atatürkün "Gənclərə xitab"ı ilə bağlı belə bir videoçarx hazırlamışdılar. 
 
Ayşən Ayxan
BAKU.WS