BAKU.WS xəbər verir ki, “unikal.org” saytı dünyasını dəyişən qadının fotosunu yayıb.
Adıçəkilən hospitalın tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyindən əməliyyat olunub.
Yaxınlarının verdiyi məlumata görə, əməliyyat normal keçib. Əməliyyatdan sonra ayılıb, danışıb. Lakin 4 saat sonra onun təzyiqi düşüb.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişən Sevinc Qəribova həm də polis serjantı olub. Ailəli olan mərhumun, 9 yaşlı bir qızı var.
Qeyd edək ki, Nərimanov rayon Prokurorluğu fakt üzrə araşdırma aparır.
BAKU.WS