SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatı spirtli içki qəbuluna görə 30 ölkənin reytinqini tərtib edib. Birinci yeri Litva tutub.

BAKU.WS-in məlumatına görə, Baltikyanı ölkədə insanlar hərəyə ildə orta hesabla 15 litr spirtli içki qəbul edirlər. İkinci yerdə Çexiya, üçüncü pillədə isə Almaniya qərarlaşıb. Siyahıya Norveç və İsveçrənin adı salınmayıb.

Səhiyyə təşkilatı Avropada spirtli içki qəbulunun miqdarını azaltmaq üçün tədbirlər planı hazırlayıb. Hələlik ciddi effektdən danışmaq olmaz. Hər il Avropada 290 min insan içkinin yaratdığı fəsadlar üzündən dünyadan köçür. Hesabat müəllifləri içkinin həm də insanların əmək qabiliyyətinə böyük zərbə vurduğunu bildirir.

Keçən il də buna bənzər reytinq tərtib olunmuşdu. Onda başqa bir Baltikyanı ölkə – Estoniya irəli çıxmışdı.
BAKU.WS