VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə abidə ucaldılıb.

BAKU.WS
“qafqazinfo”ya istinadən xəbər verir ki, heykəlin müəllifləri Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri Rahib Qarayev və Zamik Rzayevdir.

Heykəl Albert Aqarunovun komandiri olmuş Hacı Əzimovun istəyi ilə hazırlanıb. Akademiyanın rektoru Ömər Eldarovun rəhbərliyi ilə Milli Qəhrəmanın heykəlinin hazırlanmasına 5 ay vaxt sərf olunub.


Qısa arayış olaraq bildirək ki, heykəlin müəllifləri hazırda müəllim kimi çalışdıqları Azərbaycan Rəssamlıq Akademiyasının məzunları olublar.

Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimi Rahib Qarayev 1986-cı il Masallı rayonunun Qasımlı kəndində anadan olub.

O, 2000-2008-ci illərdə Qasımlı kəndində İlqar Balayevin emalatxanasında heykəltəraşlıq dərsləri alıb.

2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsinə, 4 il sonra isə magistraturaya qəbul olub.

2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir. 


O, 2016-cı ildə Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin memorial abidəsinin müəllifidir. Samir Kaçayevlə Rahib Qarayev dost olublar.

Bundan başqa, Masallının Təzəkənd kənd məktəbi üçün şəhid Rövşən Nəbiyevin büstünü hazırlayıb.

2019-cu ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində qoyulan şəhid Hakim Həsənovun heykəlinin müəllifidir.


Rzayev Zamik Süleyman oğlu 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1996-cı ildə Bakıda 51 saylı orta məktəbdə təhsil almağa başlayıb, 2005-ci ildə 9 illik təhsilini tamamlayıb.

2006-cı ildə isə Əzim Əzimzadə adına Rəssamlıq kollecinin heykəltəraşlıq fakültəsinə qəbul olub. 2011-ci ildə  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil almağa başlayıb.

2015-ci ildə isə magistr təhsilinə başlayıb. 2017-ci ildən akademiyanın müəllimi kimi çalışır. 30 yaşlı heykəltəraş indiyədək bir sıra yerli və beynəlxalq sərgilərdə iştirak edib.
BAKU.WS