SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Aktrisa Ceren Hindistan həyat yoldaşı Ümit Aslandan ayrılandan sonra bir müddət depressiyaya düşüb.


BAKU.WS
-in məlumatına görə, sevgilisinə olan sevgisini hər fürsətdə dilə gətirən və aldığı hədiyyələri tez-tez sosial mediada paylaşan aktrisa bir müddət özünə gələ bilməyib. Hətta o bir müddət sosial şəbəkələrdə və şou verilişlərindən də imtina edib.

Bu həftə isə onun İnstagramda yeni səhifə açdığı bildirilir. O, yeni hesabında ayrıldıqdan sonra çəkilən fotolarını paylaşmağa başlayıb.

"Subaylığa xoş gəldim. Allaha şükürlər olsun, hər şey geridə qaldı”, - deyə hesabında yazıb.

Qeyd edək ki, Ceren Hindistanla Ümit Aslanın bir qız övladı var.

BAKU.WS