055 213 76 73
BAKU.WS xəbər verir ki, etnoqraf tokal adlandırılan ikinci arvadın qədim qazax cəmiyyəti üçün ənənəvi olduğunu xatırladıb.
G.Kandaulıkızı ərdə olan qazaxlı qadınlara belə məsləhət verir:
“Ərinizin daha uzun yaşaması üçün ona tokal axtarın. Bir qadınla evli qalan kişi onunla birlikdə yaşlanır və xəstələnir. Əksər hallarda yaşlı kişi arvadından əvvəl ölür. Sevdiyiniz kişini ölümə məhkum etməyin. Yaşlı kişi gənc qadınla özü də cavanlaşır".
Galiya Kandaulıkızı
Kandaulykyzinin dediyinə görə, Tokal evli bir adam üçün - qocalığa yaxınlaşmadan əvvəl ikinci nəfəs, qanuni həyat yoldaşı üçün isə bir şərəfdir.
"Tokal ərinin birinci həayt yoldaşına böyük bacı kimi hörmət edəcək. Birinci arvad bundan yalnız qazanacaq, nüfuzu artacaq. İkinci arvad həm əri, həm də birinci arvad qarşısında borclu olacaq. Bir sözlə, ər və birinci arvadın hər ikisi ikinci arvaddan faydalanacaq. Ərləri baxımlı olacaq. Belə etməklə kişini xilas edirik. O sağlamdırsa, xalqımız sağlam olacaqdır. Bizim nənələrimiz öz ərləri üçün ikinci arvadı özləri seçirdilər", - etnoqraf deyib.
O, mövzunun müasir dövrdə qəbuledilməzliyini və həssaslığını belə vurğulayıb: "Hər dəfə mən bu mövzuya toxunduqda qadınlar məni parçalamaq istəyirlər".
Qeyd edək ki, Qazaxıstanda çoxarvadlılıq qanunla qadağandır.
Aysel
BAKU.WS