SİZİN REKLAM BURADA!
055 213 76 73


İqlim dəyişikliyi yalnız "dəyişiklik"lə kifayətlənməyir və daha təhlükəli bir mərhələyə çatır.

Bu fəlakəti yaşamağa yaxın olduğumuz bir zamanda, az yaşlı olduğuna baxmayaraq, əlində olan imkanlardan istifadə edib, canla-başla savaşan tək adamlıq Dəniz Çevikus adlı bir ordu var. 

Dəniz dünyada iqlim dəyişikliyinə qarşı mübarizənin simvolu olan Gretta Thunberg kimi, Türkiyədə iqlim faciəsinə diqqət çəkmək üçün mübarizəyə aparmağa başlayıb. 

Dənizin 11 yaşı olmasına baxmayaraq, yaşadığı dünyaya olan qayğısı və onu qorumağın vacibliyini dərk etməsi ilə bizlərdən daha cəsur və ağıllı olduğunu göstərir. 

O, məktəbdən sonra qalan boş vaxtlarında "İqlim böhranı" üçün tək başına etiraz aksiyası keçirir. Metroda, parkda hətta yol kənarında qarşılaşdığı insanlara bu fəlakət barədə məlumat verir. 

Təbii ki, Dənizin balaca dostları da onu bu yolda tək qoymur.

Lalə Ramizqızı
BAKU.WS