Çempionlar Liasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprdə APOEL-lə görüşdən qələbə ilə qayıdan "Qarabağ" klubunun futbolçusu Mahir Emreli qələbə sevincini anası ilə bölüşüb.

BAKU.WS
xəbər verir ki, Mahirin anası Elnurə xanım sosial şəbəkədə oğlu ilə bərabər rəqsini paylaşaraq belə bir şərh yazıb: "Qarabağ" udanda biz".

Görüntülər böyük marağa səbəb olub.

Xatırladaq ki, 6 avqustda "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində, səfərdə Kipr təmsilçisi APOEL-ə qarşı keçirdiyi ilk matçdan qalib (1:2) ayrılıb. Birinci qolu rəqib qapısından Mahir Emreli, ikincini isə "Qarabağ"ın yeni transferi Maqaye Qeye keçirib. Cavab matçı avqustun 13-ü Bakıda keçiriləcək.

Qeyd edək ki, Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub. Onun Ağdam klubu ilə 2020-ci ilin iyulun 30-dək müqaviləsi var. 


Zülfiyyə Qurbanova
BAKU.WS


VİDEO