SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bu gün artıq 38 yaşım var. İndi də üzərimdə “Evdə qalmısan, çox gecdir, bizi tanıyanlar nə deyər? Heç olmasa ailə qur, bir uşağın olsun”- psixoloji basqısı yoxdur".

BAKU.WS xəbər verir ki, bu sözlər tanınmış teleaparıcı Günay Yelmarqızına məxsusdur.

Yelmarqızı sosial şəbəkədə gənc qızların təhsil almasının vacibliyinə bağlı geniş status həsr edib:

“18 yaşım olanda bizim ailədə "ərə getmək" mövzusu müzakirə olunmurdu. O yaşıma qədər evimizdə bunun söhbətini belə eşitməmişdim. Bizim ailədə prioritet mövzu təhsil idi. Qarşımzda qoyulan əsas tələb də bu idi - yaxşı oxumaq, ali təhsil almaq. Müharibədə hər şeyimizi itirmişdik, öz ölkəmizdə məcburi köçkünə çevrilmişdik, yataqxanada yaşayırdıq. Amma bunlar heç biri bizim yaxşı oxumağımıza mane ola bilməzdi. Beynimiz sevgi, ər, məişət mövzular ilə yüklənmirdi. Mən jurnalist olmağı arzulayırdım. Aparıcı olub efirə çıxacaqdım. Cəmiyyətdə qadın olaraq öz yerimi tutacaqdım.

Məqsədim məni birinci kursda oxuyarkən, 18 yaşımdan işləməyə sövq etmişdi. Sonra ikinci ali təhsil almaq məqsədimi də reallaşdırdım. Artıq 28 yaşına çatmışdım. Amma yenə də bizim ailədə “ərə get, hamı ailə qurdu, uşaq dünyaya gətirdi, sən qaldın” basqısı yox idi. “Seçim sənindir qızım. Məcburiyyət yoxdur”- tövsiyəsi vardı.

Valideynlərimin mənimlə bağlı narahatlıqları var təbii. Ailə qurmağımı, övlad sahibi olmağımı arzulayırlar. Bu, bir valideyn kimi onların haqqıdır bəlkə də. Bu arzularını reallaşdırmadığım üçün bəzən özümü günahkar sayıram onların qarşısında. Amma həm də onlara minnətdaram ki, həyatımı öz qərarlarımla yaşamaq haqqı veriblər. Qızların 18 yaşında ərə getməsi hələ xoşbəxtlik demək deyil. Onlara seçim haqqı verin. İntihar həddinə çatdıracaq ağır yüklə bədbəxt etməyin! Unutmayın - qızınız sizin arzularınızı reallaşdırmaq üçün yox, öz xəyallarının arxasınca getmək üçün yaşamlıdır! Bir gənc qız öləndə min arzu ölür!”

Zülfiyyə Qurbanova
BAKU.WS