SİZİN REKLAM BURADA!
055 213 76 73


Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb. 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, 5 avqust səhər saatlarından başlayaraq Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Bakıda və Abşeron yarımadasında küləyin sürəti Bakıda və Sumqayıtda 35-40m/s, Qum adasında 34 m/s, Maştağada 35 m/s, Pirallahıda 24 m/s, Cilov adası, Binə və Ələtdə 28 m/s, Zabratda 22 m/s, Neft daşlarında 27 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 6,5 metrdir. 

Azərbaycanın rayonlarında isə qərb küləyi Naftalanda 34 m/s, Tərtərdə 32 m/s, Neftçalada 30 m/s, Bərdə, Zərdab, Tovuzda 22 m/s, Yevlax, Nabran, Cəncədə 20 m/s, Mingəçevirdə 19 m/s, Ağdam, Ağstafa, Xaçmazda 18 m/s-ə çatıb.
BAKU.WS