VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Tanınmış prodüsser və rejissor Zorik (Zöhrab Ağayev) 86 kq arıqlayıb.
 
BAKU.WS məlumat verir ki, rejissor bu haqda İnstaqram hesabında yazıb. Zorik 5 ay ərzində əməliyyatsız 86 kq arıqladğını bildirib:
 
"Bu gün fəxrlə bu şəklimi paylaşıram. Fəxr edirəm ki, heç bir estetik əməliyyatsız bu nəticəni əldə etdim. Çoxları inanmır, xüsusən də üzümdə elə düşünürlər estetik əməliyyat etdirmişəm. 5 ay ərzində 86 kq arıqlamışam. Yalnız güclü iradəm sayəsində arıqlaya bildim. Bir çoxları, əsas da şou-biznes nümayəndələri keçmişə aid olan şəkillərin gizlədirlər. Çalışırlar ki, heç kimin əlinə düşməsin. Soruşanda necə olub belə dəyişmisiniz, hamısı bir nəfər kimi deyirlər ki, biz həmişə belə olmuşuq. Ona görə də bəzilərindən fərqli olaraq bu şəklimi paylaşıb deyirəm,  gun fexrle bu sheklimi paylashiram , ve fexr ediremki hecbir cerrahi emeliyatsiz hec bir estektik emeliyatsiz , yani hec bir yerimde esasda uzumde , cunki coxlari inanmir deyir uzunde her hansi bir estetik emeliyat etmisan , amma allahim shahidki , 5 ay erzinde 86 kg ariglamagim yalniz guclu iradeye sahib olan bir insan oldugum ucun arigladim , coxlari esasdaki shou biznes numayendeleri kecmishde olan bəli mən gün olub belə olmuşam və heç də utanmıram. Nə də ki, şəkillərimi heç yerdən sildirmirəm. İnsan keçmişini unutmaz".
 
Qeyd edək ki, Zorik bundan əvvəl 160 kq çəkidə olub. 86 kq arıqlayan prodüsser hazırda 74 kq-dır.  
 
BAKU.WS