SİZİN REKLAM BURADA!
055 213 76 73


İnsan gənclik illərində bir çox pis vərdişlərə sahib olur. Lakin yaşlandıqca, bu vərdişləri tərgitmək lazımdır.

BAKU.WS xəbər verir ki, bu vərdişlər yaşlandıqca insanın həyat tərzinə çevrilir və bütün rahatlığı pozur.

Əsasən də, 30 yaşdan sonra pis vərdişləri tərgitmək və sağlam həyat tərzi keçirtmək lazımdır.


30 yaşdan sonra bunları etməsəniz, vəziyyətiniz daha yaxşı olacaq.

Birinci növbədə bədxərclik etməyin. Kredit kartı vasitəsilə alış-veriş etdikdə diqqətli olun. İlk öncə sizə elə gəlir ki, alış-veriş zamanı pul xərcləmirsiz.


Əslində isə aldıqlarınızın pulunu sonradan artıqlaması ilə qaytarmalı olacaqsız. Bu zaman peşmançılıq hissi sizin rahatlığınızı pozacaq.

Gənclik illərinizdə həkimlərdən uzaq ola bilərsiz. Lakin insan yaşlandıqca, sağlamlığında problemlər yaranır. İlk vaxtlar nasazlıqları həkimsiz ötüşdürə biləcəyinizə əmin olursuz.


Bütün hallarda sağlamlığınızda yaranan problemlər sonradan orqanizminizə problemlər yarada bilər. Sonradan sadə müalicə ilə aradan qalxa bilən problem ciddiləşə, sağlamlığınıza böyük ziyan vura bilər.

Bu səbəbdən də, 30 yaşdan sonra hər 6 aydan bir həkim müayinəsindən keçmək lazımdır.

Əgər gənclik illərinizdə idmanla məşğul olmamısınızsa, artıq sportzala getməyin vaxtı çatıb. 30 yaşdan sonra mütləq mütəmadi olaraq sağlığınıza fikir verməlisiz və idmanla məşğul olmalısınız.


Uşaqlıq və gənclik yaşlarında “Fast food”a öyrəşənlər bu vərdişlərini 30 yaşdan sonra mütləq tərgitməlidirlər. Çünki bu tip qidalar yaşlı insanların orqanizminə olduqca mənfi təsir edir.

Müasir dövrdə insanları telefonlarsız təsəvvür etmək olmaz. Lakin yaşlı insanların mobil telefondan çox istifadə etməsi məsləhət görülmür.

Bu səbəbdən də, 30 yaşdan sonra vaxtınızın çoxunu mobil telefonlarla keçirtməyin.
BAKU.WS